Ana Sayfa > Karusel / Hadisə / Dünya > Çin çadraya qadağa qoydu

Çin çadraya qadağa qoydu


30-03-2017, 22:02. Yazar: Xeberaz
Çin çadraya qadağa qoydu

Çin hökuməti müsəlmanların sıx yaşadığı Sincan-Uyğur muxtar rayonunda çadranın geyilməsinə qadağa qoyub. APA-nın “The Independent”ə istinadən verdiyi xəbərə görə, rəsmi qurumlar bu addımı ekstremizmlə mübarizə ilə əlaqələndiriblər.

Yeni qaydalar aprelin 1-dən qüvvəyə minəcək. Bundan başqa, çinlilər üçün xas olmayan saqqal saxlamağa da qadağa qoyulub.

Əyalətin bir neçə rayonunda qadağa artıq tətbiq edilir. Belə ki, çadralı qadınların ictimai nəqliyyatdan istifadəsinə icazə verilmir.
Geri dön