Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilir

Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilir


30-03-2017, 16:05. Yazar: Xeberaz
Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verilir


Gözün buynuz qişası "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı"na daxil edilir.
"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı" haqqında qanuna dəyişikliyin olunması təklif edilir.

Yeni layihədə təklif edilir ki, gözün buynuz qişası "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı"na daxil edilsin.


Geri dön