Ana Sayfa > Karusel / Şou-Biznes > "Qızımın küçədə öpüşdüyünü görsəm..." - Şou əhlinin reaksiyası

"Qızımın küçədə öpüşdüyünü görsəm..." - Şou əhlinin reaksiyası


30-03-2017, 13:28. Yazar: Xeberaz
"Qızımın küçədə öpüşdüyünü görsəm..." - Şou əhlinin reaksiyası

Jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı status böyük səs-küyə səbəb olub.

Bir çoxları bunu tənqid edib, bir çoxları isə insanların azad olduğunu yazıb.

Bəs görəsən, tanınmış simaların ictimai yerlərdə öpüşməyə münasibəti necədir?

Prodüser Təranə Səmədova demokratik ölkədə bu cür hallara normal baxılmasını deyib:

“Biz demokratik ölkədə yaşayırıq, normal qəbul edilməlidir. Amma biz bir az mentalitetimizi də unutmamalıyıq. Bizim cəmiyyətdə bu qəbul olunmur. Rusiyada hətta eynicinsli şəxslərin küçədə öpüşdüyünü gördüm. Elə təəccüblə baxdım ki... Azərbaycanlı olduğumu hiss etdirdim. Mən də anayam. Qızımın belə hərəkətini bilsəm ya onu, ya da özümü öldürərəm. Mənim övladımın elə hərəkətinə ürəyim partlayar. Restoranlarda elə hallarla qarşılaşmışam. Amma heç də yaxşı mənzərə deyil".

Aparıcı Zemfira Adıgözəlova küçədə öpüşməyi tənqid edib:

“Dünəndə bu xəbəri oxuyuram. Bakıda qəbul olunmur, mən də normal baxmıram. Buna görməmişlik kimi baxıram. Nə xəbərdi, nə olub? Öpüşmək üçün gedib onu etməli yerlər var. Camaatın içində nədir? Bəlkə azərbaycanlıyam, ona görə yaxşı qəbul edə bilmirəm. Xaricdə öpüşən görəndə heç dönüb baxmıram da. Bakıda bulvarda görmüşəm, heç dönüb baxmamışam da. Onu müzakirə də etməmişəm. Dünəndən bu qədər müzakirə edilirsə, demək bizim cəmiyyət buna normal baxmır. Bu müzakirələr gənclərə dərs olar. Həm də indi hər yerdə çəkiliş etmək mümkündür. Kimsə o addımı atmağa risk etməz. Bulvarda bu halla qarşılaşmaq adi haldır, çünki sağ-sol ağacdır. Metro isə anormaldır".

Müğənni Səidə Sultan deyib ki, qarşısına öpüşənlər çıxsa heç bir reaksiya verməz:

“Öpüşür özü bilər, mənə nə? Öpüşməyi gəlib edir. Amma biz azərbaycanlıyıq, mentalitetimizdə belə şey pis görünür. Əvvəl də belə idi. Onu edənə də pis baxırlar. Avropalaşmışıq, indiki gənclər üçün adi haldır. Amma gedib bunu görəndə kimləsə dalaşmaq olmaz. Adama deyərlər sənə nə? Ana, bacı duran yerdə elə halı görən kişi dava salar. Qadın isə yəqin uşaqlarını götürüb oradan uzaqlaşar. Mənimdə yanımda ailəm olanda belə hal görsəm, deyərəm çəkilin kənarda dayanın. Amma bundan sonra adiləşəcək, Azərbaycan buna hazır olmalıdır. Avropada elə şeylərlə qarşılaşanda, heç dönüb baxmırlar da. Onu deyim ki, küçədə mehirban, əl-ələ sevgililər görəndə sevinirəm, özümə ləzzət edir".

Müğənni-bəstəkar Murad Arif isə hadisəyə belə münasibət bildirib:

“Cəmiyyətimizdə zatən iki şey əskikdir: sevgi və tərbiyyə. İctimai yerdə yalaşmağın isə nə sevgiyə, nə də tərbiyyəyə heç bir aidiyyatı yox. Skandinaviyada bəlkə də romantik görünərdi... Amma Şərq temperamentinin üzərinə bir də Azərbaycan cəhalətini gətirin və bu sərbəstliyin haralara gətirəcəyini düşünün. Bir şeyi də deyim, söhbəti xətm edək. Düşündüyünüzdən də müasirəm. Sadəcə, torpaq qarışıq çox şeyi itirmişik. Sonuncu qalan bir-iki dəyər var. Baxın da. "Təpikləmək" mədəni hərəkət deyil”.

Baş vermiş hadisə ilə bağlı X. Səfəroğlunun qalmaqala səbəb olan statusunu təqdim edirik:

“Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu. Qız və oğlan. Ayağını ayağının üstünə aşrımış 16 -17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığıllayradı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığıdırarlar... Gördüm yox e, uje öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayn, bağışlayın..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim.. Balacalar üzümə baxırdılar.

Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!”.
Geri dön