Ana Sayfa > Karusel / Hadisə > Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var30-03-2017, 12:27. Yazar: Xeberaz |
Türkiyə vətəndaşı Azərbaycanda qəza törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 29-da saat 17.00 radələrində Xızı rayonunun Yaşma kəndində Türkiyə vətəndaşı Uyğun Ahmed Kadırın idarə etdiyi MAN və Şabran şəhər sakini Tərlan Dadaşovun idarə etdiyi VAZ-21063 markalı avtomobillər toqquşub. Nəticədə T. Dadaşov hadisə yerində ölüb, iki sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Geri dön |