Ana Sayfa > Karusel / İdman > “Neymar Mourinyonun yanına getməkdənsə, “Barsa”da qalsın” – Ronaldo

“Neymar Mourinyonun yanına getməkdənsə, “Barsa”da qalsın” – Ronaldo


30-03-2017, 12:01. Yazar: Xeberaz
“Neymar Mourinyonun yanına getməkdənsə, “Barsa”da qalsın” – Ronaldo

“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo “Barselona”nın hücumçusu Neymara məsləhət verib. Portuqaliyalı forvard həmkarının İngiltərəyə köçməsinin yanlış seçim olacağını düşünür.

O bildirib ki, Neymar hazırkı komandasında qalarsa, daha çox titul qazana bilər: “Onun üçün “Barselona”da pik səviyyəyə çatmaq Joze Mourinyo ilə çalışaraq çatmaqdan asan olar. Məncə, Neymar hazırkı klubunda bir az da səbr etməlidi. Messinin yaşı artdıqca təsir gücü də azalacaq. O zaman Neymar bu komandanın liderinə çevriləcək”.

Qeyd edək ki, Neymar “Mançester Yunayted” və “Çelsi”nin maraq dairəsindədi.
Geri dön