Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakının məşhur bazarı SÖKÜLƏCƏK

Bakının məşhur bazarı SÖKÜLƏCƏK


30-03-2017, 11:14. Yazar: Xeberaz
Bakının məşhur bazarı SÖKÜLƏCƏK


Bakının Nərimanov rayonu ərazisində yerləşən "Şərq" Bazarı söküləcək.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda məlumatı musavat.com yazıb. Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşüb: "Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də "Şərq" bazarı böyük ehtimal, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcək".

Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu qeyd edib.


Geri dön