Ana Sayfa > Karusel / Hadisə > Şəmkirdə yaşayış evində partlayış - Xəsarət alan var

Şəmkirdə yaşayış evində partlayış - Xəsarət alan var


29-03-2017, 21:09. Yazar: Xeberaz
Şəmkirdə yaşayış evində partlayış - Xəsarət alan var



Şəmkirdə yaşayış evində partlayış baş verib.

"Xəbəraz.az " xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Yaşayış evində baş verən qaz partlayışı nəticəsində qəsəbə sakini, 1950-ci təvəllüdlü Gülarə Hacıyeva ağır yanıq xəsarətləri alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan, onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

Qohumlarının dediyinə görə, Gülarə Hacıyeva evə daxil olub işığı yandırarkən güclü partlayış baş verib.




Geri dön