Ana Sayfa > Karusel / Maraqlı / Fotogalereya > Fərdanın açıqlaması Türkiyə mediasında GÜNDƏM OLDU - FOTO

Fərdanın açıqlaması Türkiyə mediasında GÜNDƏM OLDU - FOTO


29-03-2017, 16:48. Yazar: Xeberaz
Fərdanın açıqlaması Türkiyə mediasında GÜNDƏM OLDU - FOTO

Azərbaycan və Türkiyənin birgə istehsalı - "DADA" prodakşın "ARAN" filmin dəstəyi ilə komediya janrında "Yanlış anlama" adlı film barədə məlumat vermişdik.
Filmdə rol alacaq Azərbaycan və Türkiyə aktyorları arasında Fərda Xudaverdiyev də var.

Bu dəfə Fərda sözügedən filmlə bağlı mətbuat konfransı zamanı Türkiyə mətbuatının diqqətini üzərinə çəkməyi bacarıb. Qardaş ölkə mediası bacarıqlı şoumen-aktyor haqda hazırladıqları xəbəri "Azeri oyuncudan Şahan Gökbakara boks eldivenli çağrı" başlığı ilə yayıb.

Fərdanın açıqlaması Türkiyə mediasında GÜNDƏM OLDU - FOTO

Türkiyə mediası "Azərbaycanın Cem Yılmazı olaraq tanınan Fərda Amin 'Yanlış Anlama' filminin mətbuat konfransında boks əlcəkləri geyərək Şahan Gökbakara səslənib", - fikirlərinə xüsusi yer verib.

Fərdanın açıqlaması Türkiyə mediasında GÜNDƏM OLDU - FOTO

"Recep İvedik 5" filmindəki Azərbaycanla bağlı məlum qalmaqallı boks səhnəsinə görə Fərda məşhur türk həmkarı - "Recep İvedik" obrazının aktyoru Şahan Gökbakarı qarşısına çıxmağa dəvət edib. Fərda bu çağırışını: "Şahanın bu jestimi sevgi və anlayışla qarşılayacağını düşünürəm. Şahan kimsəni üzməmək üçün o səhnəni çıxardı, ümid edirəm bizim filmimizi sevər, bizimlə Azərbaycana gələr", - açıqlamasını edib.


Geri dön