Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Nigar Camalın Londondakı evi - Video

Nigar Camalın Londondakı evi - Video


29-03-2017, 16:33. Yazar: Xeberaz
Nigar Camalın Londondakı evi - Video

ATV-də yayımlanan “Bizim xaricilər” verilişi "Eurovision 2011” qalibi Nigar Camalın Londondakı evində qonaq olub.

Evini, oradakı həyat tərzini nümayiş etdirən müğənni bildirib ki, kriminal şəhərdə yaşayır:

“Ona görə də evin qapısında çoxlu kilid var. Burada qaz, işıq çox bahadır. Azərbaycandakı kimi qaz, işıq pulunu ödəməyəndə pulyığan qapıdan qayıtmır. Birbaşa məhkəməyə verir, cərimə ödətdirirlər.

Burada qışqırmaq olmaz, mənsə əməl etmirəm. Ona görə də həftədə bir dəfə qonşulardan şikayət məktubu alıram.

Hər zibili ayrı qaba atmalısan. Mənsə hamısını bir torbaya yığıb, eyni yeşiyə tullayıram. Bu yaxınlarda qonşu şikayət məktubu yazıb ki, zibilləri ayırın. Əgər əməl etməsəm, məhkəməyə verəcək".

Geri dön