Ana Sayfa > Karusel / İqtisadiyyat > "Bunu etsək, insanlar işləməkdən yorularlar" - Səlim Müslümov
"Bunu etsək, insanlar işləməkdən yorularlar" - Səlim Müslümov29-03-2017, 13:44. Yazar: Xeberaz |
Kənd təsərrüfatı sahəsində əhalinin işlək təbəqəsinin 36,7 faizi formalaşıb. Onları əməyə cəlb etmək lazımdır. "Xəbəraz.az " azvision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, lazım olsa, onlar üçün verilən ünvanlı sosial yardımın məbləğini artırmaq olar: "Vətənaşlara kifayət qədər vəsait vermək mümkündür. Bunun üçün imkanlar var. Lakin bu deqradasiyaya gətirib çıxara bilər. Bununla insanlar işləməkdən yorularlar". O qeyd edib ki, bu gün Avropa ölkələrində kənd təsərrüfatına çox böyük dotasiyalar verilir və Azərbaycanda da bu sahənin inkişafı üçün tədbirlər görülür: "Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən böyük üzüm sahələri salındı. Ancaq 80-ci illərdə Qorbaçov tərəfindən alkoqolizmə qarşı mübarizə adı altında bütün üzüm sahələri məhv edildi. Bu gün 100 ha üzüm sahəsi salmaq üçün 1 milyon dollardan çox vəsait lazımdır". Geri dön |