Ana Sayfa > Karusel / Texnologiya > Bazarda hər beşinci smartfon saxtadır - Aldanmayın!

Bazarda hər beşinci smartfon saxtadır - Aldanmayın!


29-03-2017, 13:15. Yazar: Xeberaz
Bazarda hər beşinci smartfon saxtadır - Aldanmayın!

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mütəxəssisləri dünya kompüter və elektronika bazarının təhlilini aparıblar.

Təhlil nəticəsində müəyyənləşdirilib ki, 8 və 10 düym ekrana malik netbuk, noutbuk və planşetlərin 6,1 faizi saxtadır. Kontrafakt akkumulyator və batareyaların payı 5 faiz, telefonların payı 25 faiz təşkil edir.

Mütəxəssislərin fikrincə, bütün dünya üzrə istehsal olunan oyun avadanlıqlarının 25 faizi saxtadır. Bu, rabitə tipli mobil cihazlar seqmentinə – smartfon, telefon, fablet və planşetlərə də aiddir.

Araşdırmada göstərilir ki, dünya kompüter və elektronika bazarında kontrafakt məhsulların payı ümumilikdə 6,5 faiz təşkil edir. Saxta flaş-kartların, kartrider və yaddaş kartlarının göstəricisi 15 faiz, dinləyici qurğular və audio-video izləmək üçün proqramların göstəricisi 8 faiz, idarəetmə pultlarının isə 6 faiz təşkil edir.
Geri dön