Ana Sayfa > Karusel / Hadisə > Süpürgəçi qadını "NAZ-Lifan"la vurub öldürdü

Süpürgəçi qadını "NAZ-Lifan"la vurub öldürdü


29-03-2017, 11:51. Yazar: Xeberaz
Süpürgəçi qadını "NAZ-Lifan"la vurub öldürdü


Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, hadisə Bərdə-Tərtər yolunda qeydə alınıb.

Belə ki, Bərdə rayon Yaşıllaşdırma və Təsərrüfat İdarəsinin işçisi, 1954-cü il təvəllüdlü Məlahət Xanlar qızı Yusifovanı sürücüsü hələlik məlum olmayan "NAZ-Lifan" markalı avtomobil vurub. Hadisədən sonra sürücü qaçıb. Qəza nəticəsində M.Yusifova ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.
Geri dön