Ana Sayfa > Karusel / Hadisə > Müəllim arvadını qətlə yetirən ər tutuldu-Lənkəranda

Müəllim arvadını qətlə yetirən ər tutuldu-Lənkəranda


29-03-2017, 11:33. Yazar: Xeberaz
Müəllim arvadını qətlə yetirən ər tutuldu-Lənkəranda


Lənkəranda məktəb müəlliməsini qətlə yetirən əri saxlanılıb.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gecə 49 yaşlı Əliyev Rüfət Akif oğlu şəhər ərazisində tutulub.

İlkin dindirmə zamanı o, törətdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, ötən gün rayonun Səpnəkəran kəndinin sakini, orta məktəbdə müəllimə işləyən, 48 yaşlı Əliyeva Maygül Daməd qızı əri, 49 yaşlı Əliyev Rüfət Akif oğlu tərəfindən qətlə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.



Geri dön