Ana Sayfa > Karusel / Hadisə > Bakıda faciə: qardaşının qan içində qalmış meyitini tapdı

Bakıda faciə: qardaşının qan içində qalmış meyitini tapdı


29-03-2017, 11:09. Yazar: Xeberaz
Bakıda faciə: qardaşının qan içində qalmış meyitini tapdı

Bakıda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Sabunçu rayonunda yaşadığı evdə damarlarını kəsərək həyatına son qoyan 57 yaşlı Baba Babayev gözətçi işləyirmiş. Dünən axşam saatlarında B.Babayevin yaşadığı evə gələn qardaşı onun yataq otağında qan içində qalmış meyitini aşkarlayıb. Məlum olub ki, B.Babayev ülgüclə damarlarını kəsərək intihar edib.


Hadisə vaxtı B.Babayevin həyat yoldaşı və övladları işdə olub. Onun hansı səbəbdən həyatına son qoyması hələlik tam aydınlaşmayıb.


*****


9:19


Bakıda intihar hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Anaşkin küçəsi 8 A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 57 yaşlı Baba Fərhad oğlu Babayev qol damarlarını doğrayıb. Nəticədə o, hadisə yerində keçinib.

B. Babayevin özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

O, üç uşaq atası olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Geri dön