Ana Sayfa > Karusel / İdman > FİFA-dan Argentina millisinə şok - Messiyə cəza verildi

FİFA-dan Argentina millisinə şok - Messiyə cəza verildi


28-03-2017, 22:35. Yazar: Xeberaz
FİFA-dan Argentina millisinə şok - Messiyə cəza verildi

Argentina millisinin kapitanı Lionel Messi FİFA tərəfindən cəzalandırılıb.

Ulduz futbolçu milli komandanın qarşıdakı 4 oyununda iştirak edə bilməyəcək. O, 2018 DÇ seçmə mərhələsində Çili ilə oyunda görüşün hakimini təhqir etdiyinə görə cəza ilə üzləşib. Yan xətt hakimi ilə dialoqa girən Messi konfliktin sonunda onun əlini sıxmaqdan imtina etmişdi. Beləliklə, argentinalı ulduz bu günkü Boliviya ilə oyundan başqa Uruqvay (31 avqust), Venesuela (5 sentyabr) və Peru (5 oktyabr) ilə matçlarda komandasına kömək edə bilməyəcək.
Geri dön