Ana Sayfa > Karusel / İdman > Türkiyə millimizi darmadağın etdi
Türkiyə millimizi darmadağın etdi28-03-2017, 22:17. Yazar: Xeberaz |
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un seçmə mərhələsinə hazırlaşan millimiz Türkiyəli həmyaşıdları ilə qarşılaşıb. Yaşar Vahabzadənin yetirmələrinin “ay-ulduzlular”la sınağı İstanbulda baş tutub. Görüş Rəcəb Tayyip Ərdoğan stadionunda təşkil olunub. Bakı vaxtı ilə saat 18:00-da başlayan oyunda meydan sahiblərinin darmadağını ilə yekunlaşıb. Türkiyə yığması millimizi 4 cavabsız qola "qonaq" ediblər. İlk yarısı qolsuz bərabərliklə başa çatan oyunun ikinci hissəsində Kubilay Kanatsızkuş və Umut Bozok hərəyə iki qol vuraraq qalibiyyətin memarı olublar. U-21-lər arasında yoldaşlıq oyunu 28 mart Türkiyə - Azərbaycan - 4:0 Qollar: Umut Bozok, 56, 86, Kubilay, 78, 83 Hakimlər: Əmrə Malok, Oktay Öncə, Bahtiyar Birinci, Can Cengiz (hamısı Türkiyə) İstanbul. Rəcəb Tayyip Ərdoğan stadionu Türkiyə: 12. Uğurcan Çakır, 2. Dorukhan Toköz, 4. Mehmet Zəki Çelik, 7. Orkan Çınar (k), 8. Alican Özfesli, 10. Yusuf Yazıcı, 11. Dəniz Hümmət, 13. Umut Bozok, 15. Ahmet Ildız, 16. Fethi Özər, 18. Oğuzhan Çapar Baş məşqçi: Abdullah Ercan Azərbaycan: 1. Səbuhi Əliyev, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Sərkan Baloğlu, 6. Qismət Alıyev, 7. Ehtiram Şahverdiyev, 8. Budaq Nəsirov (k), 9. Ozancan Kökcü, 11. Mahir Mədətov, 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev Baş məşqçi: Yaşar Vahabzadə Geri dön |