Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Torpaq sahəsi alarkən nəyə diqqət yetirməliyik? - VİDEO

Torpaq sahəsi alarkən nəyə diqqət yetirməliyik? - VİDEO


28-03-2017, 21:21. Yazar: Xeberaz
Torpaq sahəsi alarkən nəyə diqqət yetirməliyik? - VİDEO

Bələdiyyə sənədi ilə torpaq alan şəxs bu ərazidə ev tikdikdən sonra torpaqın əsl sahibi ortaya çıxıb. Daha sonra məlum olub ki, torpaq Xəzər rayon bələdiyyəsinin sənədi ilə satılsada əslində ərazi, Sabunçu rayonuna məxsusdur. Bəs görəsən torpaq alarkən nələrə diqqət etmək lazımdır?

"Xəbəraz.az "xezerxeber.az-a istinadən bildirir ki, bələdiyyə sənədi ilə torpaq alıb ev tikdi, 10 il sonra evdən çıxarılır. Hadisə paytaxtin Sabunçu rayonu Alabalılıq massivində baş verib. 10 il əvvəl Xəzər rayon bələdiyyəsinin sənədi ilə 9 sotluq torpaq sahəsi alan İbrahimovlar ailəsi ev tikdirdikdən sonra həmin yerin başqasına məxsus olduğunu öyrənib.
İndi torpağın geri qaytarılması bir kənara üzərində tikilmiş ev məsələni daha da qəlizləşdirir. Buna görə də tərəflər məhkəməyə müraciət edib və hazırda çəkişmə davam edir.
Bu fakt bələdiyyə sənədinin nə qədər yetərli olmasına dair suala səbəb olur. Əmlak məsəlləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, 2007-ci ildən bəri bəlidiyyələr yalnız hərrac yolu ilə torpaq sata bilər. Torpaq satılarkəndə bələdiyyənin mülkiyyətində olduğunu bildirən çıxarış təqdim olunmalıdır. Bu olmadıqda demək bələdiyyənin verdiyi sənəd əsassızdır.
Vətəndaşın bələdiyyədən çıxarışla aldığı torpaq sahəsini öz adına keçirməsi isə çox asandır.
Hər hansı şəxsdən də torpaq alınan zaman mütləq qaydada çıxarış tələb edilməli və etibarnamə yox yalnız alqı-satqı üsulu ilə torpaq alınmalıdır. Çünki etibarnamə ilə alınan torpaq sahələrinin hüquqi əsası yoxdur və verən şəxs onu hər an ləğv etdirə bilər.


Geri dön