Ana Sayfa > Karusel / Hadisə > Qadın kimyəvi məhlul içdi - ŞƏMKİRDƏ

Qadın kimyəvi məhlul içdi - ŞƏMKİRDƏ


28-03-2017, 20:59. Yazar: Xeberaz
Qadın kimyəvi məhlul içdi - ŞƏMKİRDƏ


Şəmkirdə qadın kimyəvi maddə içərək intihara cəhd edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini, 1991-ci il təvəllüdlü Salahova Günay Şakir qızı zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Məlum olub ki, qadın təmizləyici kimi istifadə olunan kimyəvi məhlul içərək zəhərlənib. G. Salahovanın ailə münaqişəsi zəminində intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri dön