Ana Sayfa > Karusel / Şou-Biznes > "Kasıbın 2-dən çox uşaq doğmağa haqqı yoxdur!" - Muraddan SƏRT SÖZLƏR

"Kasıbın 2-dən çox uşaq doğmağa haqqı yoxdur!" - Muraddan SƏRT SÖZLƏR


28-03-2017, 19:36. Yazar: Xeberaz
"Kasıbın 2-dən çox uşaq doğmağa haqqı yoxdur!" - Muraddan SƏRT SÖZLƏR

"Daha bir çoxuşaqlı ailə. Daha bir dram və ac-yalavac uşaqlar! Mən yenə də, "İmkana görə doğun!" ifadəsini səsləndirəcəyəm, siz yenə də "Allah ruzisini yetirəcək!" yazıb, ağzımdan vuracaqsınız".

Bu sözləri bəstəkar-ifaçı Murad Arif deyib. Aparıcı daim sosial problemləri gündəmə gətirməyə çalışır:

"Mənə kimsə "Ondansa yardım elə!" yazmasın. Etdiyim yardımları reklam etmək fikrim yoxdur. Amma siz hər yerdə bu təbliğatı aparın ki, imkansız, savadsız, işsiz, dəstəksiz ailənin 2-dən çox uşaq doğmağa haqqı yoxdur! Bu zəmanədə 1 uşağı da böyütmək zülmdür, vallah. Sosial yardım edilmir. Uşaq evləri nə vəziyyətdə. Nə qədər vicdansız olasan ki, gözüvü yumub bir ucdan uşaq gətirəsən bu qəddar dünyaya?".


Geri dön