Ana Sayfa > Karusel / Hadisə / Dünya > Üç uşaq evdə yanaraq öldü - FOTO

Üç uşaq evdə yanaraq öldü - FOTO


28-03-2017, 17:53. Yazar: Xeberaz
Üç uşaq evdə yanaraq öldü - FOTO

Türkiyədə evdə yanğın zamanı 3 uşaq faciəli şəkildə ölüb.

"Xəbəraz.az "APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Sakarya rayonunun Adapazarı qəsəbəsinin Göktepe məhəlləsində əfqan ailənin yaşadığı evdə baş verib.

Evdə naməlum səbəbdən yanğın başlayıb, qısa müddətdə evi və bitişik boş tövləni bürüyüb. Məhəllə sakinləri və xilasedicilərin köməyi ilə yanğın çətinliklə söndürülüb. Evdə yanğın nəticəsində ölən 3 uşağın cəsədi aşkarlanıb. Yanğın baş verən zaman uşaqların valideynləri evdə olmayıb. Yanğının səbəbləri araşdırılır.

Üç uşaq evdə yanaraq öldü - FOTO
Geri dön