Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Bilal Əliyev yayılan videosundan danışdı - VİDEO

Bilal Əliyev yayılan videosundan danışdı - VİDEO


28-03-2017, 17:38. Yazar: Xeberaz
Bilal Əliyev yayılan videosundan danışdı - VİDEO

"Qoy təqnid etsinlər, özləri bilərlər. Tənqid də insan üçün yaranıb. Mən kimlərin paxıl olduğunu bilirəm".

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında xalq artisti Bilal Əliyev deyib.

Müğənni sosial şəbəkələrdə yayılan görüntülərinə münasibət bildirib.

B. Əliyev deyib ki, o, 7 dəfə İngiltərədə dil kursuna gedib:

"Girib səhifələrə baxacam. Görüm insanlar mənim haqqımda nə yazıb? Pis insanları tanıyaram, onlarla qəşəng mübarizə apararam. Çox əla mübarizə aparıram. Onların hünərlərini görəcəm. Ağıllı insan mənim haqqımda pis yazsa, mübarizə etməyə məcbur olacaq. Qarşımda məğlub olacaq.

Amma nəzərinizə çatdırım ki, 7 dəfə İngiltərəyə getmişəm. Orada kurs keçmişəm. İngilis dilini yaxşı bilirəm. Boş yerə bu qədər pul xərcləyib dil öyrənməmişik ki? Mənim ingilis dilində 4 mahnım var, ifa da etmişəm".


Geri dön