Ana Sayfa > Karusel / Dünya / M2 > Gülənin əmisi oğlu soyadından imtina etdi

Gülənin əmisi oğlu soyadından imtina etdi


28-03-2017, 12:38. Yazar: Xeberaz
Gülənin əmisi oğlu soyadından imtina etdi
Fətullah Gülənin Kocaelidə FETÖ istintaqı zamanı həbs olunan 64 yaşlı əmisi oğlu Şəmsəddin Gülən soyadından imtina etmək istəyir.

Bunu onun vəkili Nurca Özləm bildirib. Onun sözlərinə görə, Şəmsəddin Fətullah Gülən kimi bir insanla eyni soyadı daşımaqdan məmnun deyil.

Şəmsəddin Gülən ifadələrində Gülənlə heç bir əlaqəsi olmadığını, onunla sonuncu dəfə 1997-ci ildə görüşdüyünü bildirib.

Qeyd edək ki, Fəthullah Gülənin əmisi oğlu Şəmsəddin Gülən keçən il avqust ayında həbs olunub. Onun evində aparılan axtarışlar nəticəsində, Gülən təşkilatı ilə əlaqə qurmaq üçün istifadə edilən “Kakao Tolk” adlı xəbərləşmə proqramı, Fətullah Gülənə aid vizual mətnlər və səs qeydləri tapılıb.Axar.az
Geri dön