Ana Sayfa > Karusel / Hadisə > Bakıda iranlı qızların başına iş gəldi: YARALILAR VAR
Bakıda iranlı qızların başına iş gəldi: YARALILAR VAR28-03-2017, 11:24. Yazar: Xeberaz |
Bu gecə Bakıda London taksisi qəzaya düşüb."Xəbəraz.az " xəbər verir ki, saat 04 radələrində 1975-ci il təvəllüdlü Əliyev Vüqar Əliabbas oğlunun idarə etdiyi “London TX 4” markalı 10-TH-739 nömrə nişanlı taksi Puşkin küçəsində yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - İran vətəndaşları 1986-cı il təvəllüdlü Kərimi Fatimə Davud qızı və 1989-cu ildə anadan olmuş Şeyxəlizadə Murtuza Mahmud qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Kliniki Tibbi Mərkəzə aparılıb. Bildirilir ki, taksidə qəzaya düşən iranlı qızlar martın 19-da Bakıya gəliblər və “Bulvar” oteldə qalırlar. Faktla bağlı araşdırma aparılır. Geri dön |