Ana Sayfa > Karusel / Siyasət / Dünya / Foto-fakt > Ruhaninin “Instagram” fotoları İranı qarışdırdı

Ruhaninin “Instagram” fotoları İranı qarışdırdı


28-03-2017, 11:10. Yazar: Xeberaz
Ruhaninin “Instagram” fotoları İranı qarışdırdı

İran prezidenti Həsən Ruhaninin Novruz tətilində çəkdirdiyi və “Instagram”a yüklədiyi fotolar ölkədə mübahisələrə səbəb olub.

H. Ruhaninin paytaxt Tehran yaxınlığında dağ gəzintisi zamanı 2 gənc qız və bir gənc oğlanla idman geyimində çəkdirdiyi fotolar birmənalı qarşılanmayıb.

Ruhaninin “Instagram”dakı səhifəsinə yerləşdirdiyi fotolara 17 mindən çox şərh yazılıb. Mühafizəkar iranlılar fotodakı xanımların saçlarının tam örtülü olmamasına etirazlarını bildiriblər. Onların fikrincə, bu, islam cümhuriyyəti dəyərlərinə ziddir. Ruhaninin addımını seçkiqabağı şou kimi qiymətləndirənlər də olub.

Ruhaninin tərəfdarları isə prezidentə dəstək veriblər.


Ruhaninin “Instagram” fotoları İranı qarışdırdı

Geri dön