Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Bukmekerlər “Eurovision”da Azərbaycanın nəticəsini proqnozlaşdırdı - FOTO

Bukmekerlər “Eurovision”da Azərbaycanın nəticəsini proqnozlaşdırdı - FOTO


18-03-2015, 14:19. Yazar: Xeberaz
Bukmekerlər “Eurovision”da Azərbaycanın nəticəsini proqnozlaşdırdı - FOTO
Birinci yerdə İsveçdir.

“Oddschecker” bukmeker saytı bu ilin mayında keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin qalibini seçib.

Xeberaz.az xəbər verir ki, istifadəçilərin əksəriyyəti İsveçin qələbəsinə inanır. Bu ölkəni müğənni Mons Zelmerlev “Heroes” treki ilə təmsil edəcək.

İkinci yerdə İtaliyanın “Grande amore” mahnısı ilə İl Volo qrupudur. İlk üçlükdə Estoniya da var. Bu ölkəni isə Elina Born və Stiq Ryasta “Goodbye to Yesterday” mahnısı ilə təmsil edəcək.

İlk beşlikdə həmçinin Avstraliya və Sloveniya da yer alıb.

Azərbaycan isə bu siyahıda səkkizinci yerdədir.

Qeyd edək ki, bu il Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində Elnur Hüseynov “Hour of the wolf” mahnısı ilə təmsil edəcək.

Elnur Hüseynov Samir Cavadzadə ilə Azərbaycanı 2008-ci ildə “Eurovision”da təmsil ediblər. Duet 8-ci yeri tutmuşdu.

Geri dön