Ana Sayfa > Karusel / Şou-Biznes > Rəqsanənin qızı nişanını qaytarma xəbərini təsdiqləyib

Rəqsanənin qızı nişanını qaytarma xəbərini təsdiqləyib


27-03-2017, 14:01. Yazar: Xeberaz
Rəqsanənin qızı nişanını qaytarma xəbərini təsdiqləyib

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun türkiyəli nişanlısı Ali Tanrıkulundan ayrılması ilə bağlı xəbər yayılmışdı.

Aysun və nişanlısı son vaxtlar sosial şəbəkədə paylaşdıqları ayrılıq mesajları, bir-birini izləməkdən silmələri ilə diqqət çəkmişdi.

A.İsmayılova İnstaqramda canlı yayımda olarkən, ona ünvanlanan “Nişanını qaytarmısan? Ona görə depressiyadasan” suallarına belə cavab verib:

“Hə, qaytarmışam. Depressiyada deyiləm, hər şey yaxşıdır”.

Qeyd edək ki, R.İsmayılova Alinin ailəsi ilə tanış olduğunu, onların “Skype” vasitəsilə elçilik etdiklərini, Aysunun “hə”sini nənəsinin verdiyini demişdi.

Türkiyədə təhsil alan Aysun bir müddət əvvəl Rusiyaya, anasının yanına köçüb. Tanrıkulu da bir neçə ay əvvəl Moskvaya onun yanına getmişdi. Rəqsanə keçmiş kürəkəni ilə fotolarını izləyiciləriylə bölüşmüşdü.

Rəqsanənin qızı nişanını qaytarma xəbərini təsdiqləyib
Geri dön