Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Azərbaycan “Eurovision”da 1-ci yerdə- - Proqnozlar
Azərbaycan “Eurovision”da 1-ci yerdə- - Proqnozlar27-03-2017, 13:37. Yazar: Xeberaz |
Artıq “Eurovision” mahnı müsabiqəsi bir neçə həftə sonra start götürəcək. Kiyev səhnəsində Azərbaycanı Diana Hacıyeva “Skeletons” mahnısı ilə təmsil edəcək. Bukmeykerlər finalda birinciliyə iddialı ölkələrin adlarını açıqlayıb. Avropanın ən böyük bukmeyker saytı hesab edilən “Nicerodds.co.uk” portalında birinci yerin sahibi İtaliya təmsilçisi Francesco Gabbanidir. Onların fikrincə, Avropa zövqü “Occidentali's Karma” mahnısında cəmləşib. İkinci sırada isə mahnı müsabiqəsinə qalib olmağa doymayan İsveçdir. Robin Bengtssonun mahnısı izləyicilərin rəğbətini qazanıb. Üçüncü sırada isə Bolqarıstan təmsilçisi Kristian Kostov “Beautiful Mess” mahnısı ilə öz yerini tapıb. Azərbaycan təmsilçisi Diana Hacıyeva isə 8-ci sırada qərarlaşıb. Türkiyən ən böyük “Eurovision” xəbər portalı olan eschalley.com isə yeni bir sorğuya start verib. Səsvermə zamanı Azərbaycan (Diana Hacıyeva) birinci, Danimarka (Anja) ikinci, Estoniya (Koit Toone) isə üçüncüdür. Xatırladaq ki, bukmeykerlərin proqnozu hər gün yenilənir. Geri dön |