Ana Sayfa > Karusel / Şou-Biznes / Maraqlı > Sosial mediadan uzaq olan məşhurlar - siyahı
Sosial mediadan uzaq olan məşhurlar - siyahı26-03-2017, 19:06. Yazar: Xeberaz |
Sosial mediadan istifadə etməyən məşhurları təqdim edirik: Cennifer Lourens - "Telefon və digər texnologiyalardan o qədər də başım çıxmır. Heç mail adresimə gələn məktubları da oxumuram". Kaira Naytli - "Cəmi bircə dəfə "Twitter"dən istifadə etdim, 12 saatdan sonra isə hesabımı bağladım. Sosial media mənə uşaq bağçasını xatırladır". Sandra Ballok - "Sosial mediada heç nə real deyil. Bu da mənə qəribə gəlir. Heç vaxt silə bilməyəcəyin selfini çəkib orada niyə yerləşdirirsən ki?!". Meri və Keyt Olsn bacıları - "İnsanların həyatımıza müdaxiləsini sevmirik". Skarlet Yohanson - "Nə "Facebook", nə də "Twitter"dən istifadə etmirəm. Həyatımı kiminləsə paylaşmaq fikrim yoxdur". Ceyn Gilenhol - "Düşünürəm ki, önəmli sözümüz olanda istifadə edə bilərik. Bu tip vasitələri dəstəkləyirəm, amma eyni zamanda qorxulu da hesab edirəm". Mila Kunis - "İnsanların tualete geyməyini bilməyinə ehtiyac yoxdur. Sosial medianı sinir pozmaqdan başqa bir şey hesab etmirəm". Geri dön |