Ana Sayfa > Karusel / İdman > "Azarkeşlər Azərbaycanı dünya çempionatında görmək istəyirlər" - Lövün köməkçisi

"Azarkeşlər Azərbaycanı dünya çempionatında görmək istəyirlər" - Lövün köməkçisi


26-03-2017, 18:52. Yazar: Xeberaz
"Azarkeşlər Azərbaycanı dünya çempionatında görmək istəyirlər" - Lövün köməkçisi



Almaniya millisinin baş məşqçisi Yoahim Lövün köməkçisi Markus Sorq bu gün Azərbaycan millisinə qarşı keçiriləcək DÇ-2018-in oyunu ilə bağlı fikirlərini bildirib.

Almaniya Futbol İttifaqının saytına müsahibəsində o, komandadakı durum barədə fikirlərini açıqlayıb.

- Məsut Özil dünənki məşqdə iştirak etdi. Onun durumu necədir?

- Son məşqə Özil də daxil olmaqla, bütün 21 futbolçumuz qatıldı. O, hər hansı bir diskomfort hiss etmədi.

- Oyuna bütün bilet satılıb. Bütün Bakı dünya çempionları ilə bugünkü matçı gözləyir. Bəs sizin bu oyundan gözləntiniz nədir?

- Azərbaycan yaxşı komandadır. Onların güclü tərəfləri var. Bunu bu seçmə mərhələdə qrupdakı oyunda da göstərdilər. 3 oyunda qapılarını toxunulmaz saxlamağı bacardılar. Norveçə qalib gəldilər (1:0), çexlərlə heç-heçə (0:0) etdilər. Hazırda komanda qrupda üçüncüdür və yerli azarkeşlər millilərini dünya çempionatında görmək istəyirlər. Buna görə də biz ilk dəqiqədən diqqətli olmalıyıq. Biz oyuna nəzarəti itirməməliyik. Biz bugünkü görüşə hazırıq.

- Şimali İrlandiya Azərbaycana 4:0 hesabı qalib gəldiyi oyunda 3 qolu standart vəziyyətdən vurub. Məşqlərdə bu amili nəzərə almısınız?

- Əlbəttə, Şimali İrlandiyanın özünün oyun standartları var. Bizim taktikamız isə fərqlidir. Bizim gücümüz bütün oyuna nəzarət etməyə imkan verir. Ona görə də bundan maksimum istifadə edib istədiyimiz nəticəni qazanmalıyıq.



Geri dön