Ana Sayfa > Karusel / Hadisə / Dünya > Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma - VİDEO

Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma - VİDEO


26-03-2017, 11:47. Yazar: Xeberaz
Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma - VİDEO

ABŞ-ın Kaliforniya ştatında prezident Donald Tramp tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib.

"Xəbəraz.az "report.az-a istinadən bildirir ki, kütləvi dava Hantinqton-Biç şəhərində Amerika prezidenti tərəfdarlarının nümayişi zamanı qeydə alınıb.

"Los Angeles Times"ın məlumatına görə, 200-dən çox insan ABŞ prezidentini dəstəkləmək üçün aksiya keçirib.

Nümayiş zamanı naməlum şəxs təşkilatçılardan biri olan qadının gözünə bibər qazı vurub. Dava məhz bundan sonra başlayıb.

Hüquq-mühafizə orqanları dava iştirakçılarını qovmaq məcburiyyətində qalıblar. Bir neçə nəfər həbs olunub.


Geri dön