Ana Sayfa > Karusel / Siyasət / Dünya > Məhkəmə ölkə prezidentinə ölüm hökmü çıxardı

Məhkəmə ölkə prezidentinə ölüm hökmü çıxardı


26-03-2017, 11:43. Yazar: Xeberaz
Məhkəmə ölkə prezidentinə ölüm hökmü çıxardı

Yəməni paytaxtı Sənadakı məhkəmə ölkə Prezidenti Abd Rabbo Mənsur Hadini dövlətə xəyanətdə ittiham edərək ölüm hökmünə məhkum edib.

Hadi ilə bərabər, hökumətin daha altı üzvü haqqında da anoloji qərar verilib. Ölüm hökmü çıxarılan şəxslər arasında Yəmənin ABŞ-dakı səfiri Əhməd Avad bin Mübarək və keçmiş Xarici İşlər naziri Riyad Yasin də olub.

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən bu yana davam edir. Hazırda ölkənin paytaxtı qiyamçı husilərin nəzarəti altındadır.
Geri dön