Ana Sayfa > Karusel / Maraqlı > Yaz fəsli yorğunluğunun səbəbi budur

Yaz fəsli yorğunluğunun səbəbi budur


25-03-2017, 21:07. Yazar: Xeberaz
Yaz fəsli yorğunluğunun səbəbi budur

Yaz fəslində hiss etdiyimiz xroniki yorğunluğun səbəbi məlum olub.
Bahar fəslində hiss etdiyimiz yorğunluğun səbəbi çiçəklərə bə çiçək tozlarına qarşı olan allergiyamızdır. Professor.Dr. Nihat Sapan bildirib ki, mart və aprel aylarından etibarən havaya qarışan çiçək tozları insanlarda müxtəlif şikayətlərin meydana çıxmasına səbəb olur. O həmin tozların atmosferdə yalnız oktyabr və noyabr ayında yoxa çıxdığını qeyd edib.

Burun axması, göz yaşarması, öskürək, dəridə qızarma və yanma kimi əlamətlər olur. Belə allergiyalar əsasən gənclərdə daha çox təsadüf olunur. Həmçinin bildirib ki, bu allergiya insanda istəksizliyə və halsızlığa səbəb olur. Bu əlamətlər bəzən astma xəstəliyinin də xəbərçisi ola bilər.

Belə xəstələri qorumaq mümkün olmasa da, ən azından allergiyanın şiddətli olacağı yerlərdən çəkindirmək olar. Həkimlə məsləhətləşdikdən sonra həddindən artıq ağac olan yerlərdə piknik etməməli və çiçək tozlarının şiddətli vaxtı pəncərələri açmamaları tövsiyyə olunur. Evlərin və ya avtomobillərin havalandırılmasını kondinsionerlərlə etməli və mümkün qədər tibbi maska taxmalıdırlar.

Geri dön