Ana Sayfa > Karusel / İdman / Maraqlı > Azərbaycan millisinin üzvlərinə 100 min manatlıq MÜKAFAT

Azərbaycan millisinin üzvlərinə 100 min manatlıq MÜKAFAT


25-03-2017, 20:12. Yazar: Xeberaz
Azərbaycan millisinin üzvlərinə 100 min manatlıq MÜKAFAT


Əgər Dünya çempionatı 2018-in seçmə matçında Almaniyaya uduzmayacaqlarsa, Azərbaycan yığmasının futbolçuları AFFA-dan böyük məbləğdə mükafat alacaqlar.

Qələbə qazanacağı təqdirdə, əsas heyətin oyunçuları hərəyə 100 min, əvəzetməyə çıxmış futbolçular 75 min, ehtiyatda qalmış və personal üzrə oyunçular 50 min manat alacaqlar.

Əgər Azərbaycan yığması heç-heçə oynasa, onda əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda olanlara və personala isə 50 faizi veriləcək.

Xatırladaq ki, Azərbaycan – Almaniya matçı martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlanacaq.




Geri dön