Ana Sayfa > Karusel / Siyasət > Tillerson Ankarada İŞİD-lə mübarizə məsələsini müzakirə edəcək

Tillerson Ankarada İŞİD-lə mübarizə məsələsini müzakirə edəcək


25-03-2017, 14:48. Yazar: Xeberaz
Tillerson Ankarada İŞİD-lə mübarizə məsələsini müzakirə edəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində ölkə prezidenti Rəcəb Tyyib Ərdoğan ilə görüşəcək.

"Report" xəbər verir ki, bu barədə cümə günü Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dövlət katibi Ankaraya martın 30-da yollanacaq. Tillerson orada Ərdoğanla yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşəcək. Görüşlərdə NATO çərçivəsində əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin "gələcək yolları2 müzakirə olunacaq.

Ardınca Tillerson NATO-nun baş-qərargahına getmək üçün Brüsselə yola düşəcək.
Geri dön