Ana Sayfa > Karusel / Hadisə > Abşeronda QƏTL: arvadını və baldızı qızını qantellə öldürdü

Abşeronda QƏTL: arvadını və baldızı qızını qantellə öldürdü


25-03-2017, 10:45. Yazar: Xeberaz
Abşeronda QƏTL: arvadını və baldızı qızını qantellə öldürdü


Abşeron rayonu ərazisində qətl hadisəsi baş verib.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Qurban İsmayıl oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəraiz Zakir qızı Hüseynovanı və baldızı qızı, 1999-cu il təvəllüdlü Amuz Təbrizi Rəhilə Əsgər qızını öldürüb.

Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Hadisəni törədən Q.Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Geri dön