Ana Sayfa > Karusel / İdman > Almaniya millisi Bakıya gəlir - Foto

Almaniya millisi Bakıya gəlir - Foto


24-03-2017, 22:02. Yazar: Xeberaz
Almaniya millisi Bakıya gəlir - Foto

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olacaq Almaniya yığması ölkəmizə yola düşüb.

Bundestim Bakı vaxtı ilə saat 17:35-də çarter reytsi ilə Düsseldorf şəhərindən ölkəmizə səfərə çıxıb.

Yoahim Lövün komandası gecə saatlarında Bakıya eniş edəcək.

Millimizin rəqibi Bakıda yerləşən "Boulevard Hotel"ində məskunlaşacaq. Almanlar ertəsi gün matçın keçiriləcəyi stadionda oyunöncəsi məşqə çıxacaqlar. Komanda matç başa çatdıqdan sonra ölkəmizi tərk edəcək.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək C qrupunun Azərbaycan - Almaniya oyunu saat 20:00-da başlayacaq. Almaniya 12 xalla qrup lideridir. Azərbaycan millisi isə 7 xalla üçüncüdür.

Almaniya millisi Bakıya gəlir - Foto
Geri dön