Ana Sayfa > Karusel / Səhiyyə / Maraqlı > Bədənin 5 sehrli nöqtəsi haqqında bilmədikləriniz - FOTOLAR

Bədənin 5 sehrli nöqtəsi haqqında bilmədikləriniz - FOTOLAR


24-03-2017, 13:57. Yazar: Xeberaz
Bədənin 5 sehrli nöqtəsi haqqında bilmədikləriniz - FOTOLAR



Qadınlar arıqlamaq üçün daha hansı üsullara əl atmır ki... Ciddi pəhrizlərlə və fiziki məşğələlərlə özünü yorur, sonra isə əldən düşüb yartır və daha çox kalori yığır.
Akupressura masajı da arıqlamaq üçün effektli və zərərsiz üsullardan biridir.
Akupressura nədir?
Akupressura qədim Çin təcrübəsinə əsaslanan nöqtəvi masaj növüdür. Bu masaj fəal nöqtələrin stimulyasiyasına və maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Çin təbibləri iddia edir ki, artıq çəki ilə belə asan və xoş bir mübarizə üsulu ağrısız arıqlamağa kömək edir və bədənə günrahlıq bəxş edir. Lakin başlanğıc üçün əsas 5 nöqtəni tapmaq lazımdır.
Duy-duan nöqtəsi


İştahanı yatırmaq üçün əsas nöqtələrdən biridir. O, üst dodağın və burun arasının mərkəzində yerləşir. Onu bir neçə dəqiqə, xüsusilə yemək istəyəndə masaj edin. Bu, aclıq hissi və stressi azaldır.
İştaha nöqtəsi


Qulaqlarımızda bütün orqanların işini yaxşılaşdıran və maddələr mübadiləsi prosesini sürətləndirən 200-ə yaxın bioloji aktiv nöqtələr var. Şəkildə gördüyünüz nöqtəni tez-tez masaj edib stimullaşdırın.
Çoy-çi nöqtəsi


Şəkildə gördüyünüz nahiyəni diqqətlə masaj edin. Bu nöqtənin gündəlik bir anlıq stimullaşdırılması bağırsaq işinin yaxşılaşmasına kömək edir.
Çzu-san-li nöqtəsi


Arıqlamaq üçün ayaqda çoxlu sayda nöqtələr yerləşir. Onların arasında Çzu-san-li və ya "uzunömürlülük” nöqtəsini masaj etmək xüsusilə effektlidir. Hesab edilir ki, masajın təsiri ilə gündə 500 qram kalori yandırmaq mümkündür.
Lou-qu nöqtəsi


Topuğun daxili hissəsindən 5 sm yuxarıda yerləşir. Bu masaj da artıq çəkidən xilas olmağa kömək edir, o, həm də ürək nahiyəsində xoşagəlməz duyğuları yox etmək üçün, həmçinin əl və ayaq tutulması zamanı faydalıdır.
Masaj üçün bir neçə dəqiqə kifayətdir. Uğurlu nəticə üçün proseduru gündəlik yerinə yetirilməsi barədə isə unutmayın. Amma masaj zamanı xoşagəlməz hisslər yaranırsa, onda dərhal dayandırın.publika



Geri dön