Ana Sayfa > Karusel / Maraqlı / M2 > Keşniş toxumunun faydaları
Keşniş toxumunun faydaları24-03-2017, 11:39. Yazar: Xeberaz |
Keşniş toxumu parfümeriyada, mətbəxtə, xalq və həmçinin ənənəvi tibdə geniş istifadə olunur. "Xəbəraz.az "-ın saglamolun.az-a istinadən verdiyi məlumata görə, efir yağları və müxtəlif vitaminlərlə (A,C, B qrupu, K, P) zəngin olan keşniş toxumunun faydaları və müalicəvi xüsusiyyətləri saymaqla bitməz: - mikrob, virus və göbələkləri öldürür - ürək və beyinin fəaliyyətini yaxşılaşdırır - insanı daha gümrah edir, əhvalı yaxşılaşdırır, stressi azaldır - iştahanı yaxşılaşdırır, qidanın parçalanmasını sürətləndirir - köpdən xilas edir - qurdları öldürür - nəfəs yollarını selik və mikroblardan təmizləyir, nəfəsalmanı asanlaşdırır - öd kisəsində durğunluq proseslərini azaldır - kişilərdə potensiyanı artırır - soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır - tərlədir, hərarəti salmağa kömək edir, orqanizmdən toksinləri xaric edir, xəstənin vəziyyətini yüngülləşdirir. Keşniş toxumundan müalicəvi dəmləmə hazırlamaq üçün 1 x.q. toxum termosda yarım l isti (qaynar yox!) suda 1 saat ərzində dəmlənilir və gün ərzində 2-3 dəfə yarım stəkan olmaqla adi çay kimi içilir. Çaya bal da əlavə edə bilərsiniz. Geri dön |