Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Sosial şəbəkədə canlı yayım aparan qız FACİƏYƏ səbəb oldu: özü öldü, 6 nəfər yaralandı - VİDEO

Sosial şəbəkədə canlı yayım aparan qız FACİƏYƏ səbəb oldu: özü öldü, 6 nəfər yaralandı - VİDEO


24-03-2017, 11:35. Yazar: Xeberaz
Sosial şəbəkədə canlı yayım aparan qız FACİƏYƏ səbəb oldu: özü öldü, 6 nəfər yaralandı - VİDEO


Yol nəqliyyat hadisəsi Tatarıstanın (Rusiya) Kazan şəhəri ətrafındakı yolda baş verib. Qız sükan arxasında sosial şəbəkələrdən birində videoyayım aparıb. Telefon avtomobil panelinə bərkidilib. Sürücü internet-istifadəçilərlə salamlaşıb, işlərin necə olduğunu soruşub və nə isə ifa edib. Bundan sonra zərbə, qışqırıq səsi eşidilir və yayım kəsilir.

"Xəbəraz.az "-ın inter.az-a istinadla verdiyi xəbərə görə, idarəetmə ilə bacarmayan qız böyük sürətlə qarşı zolaqla hərəkət edən avtobusa çırpılıb.

Tatarıstan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, avtobusdakı beş sərnişin, o cümlədən 7 yaşlı uşaq müxtəlif dərəcəli travma alıb.




Geri dön