Ana Sayfa > Karusel / İbadət > Hz.Fatimə neçə il yaşayıb?

Hz.Fatimə neçə il yaşayıb?


23-03-2017, 23:21. Yazar: Xeberaz
Hz.Fatimə neçə il yaşayıb?

Həzrət Fatimənin (ə) neçə il yaşaması barədə fikirlər fərqlidir. Bunun səbəbi o həzrətin doğum tarixindəki fərqlilikdir. Əhli-sünnə alimlərinin əksəriyyəti Həzrət Fatimənin (ə) besətdən - yəni Həzrət Mühəmmədə (s) peyğəmbərlik verilməsindən 5 il əvvəl doğulduğunu yazır.

Peyğəmbərlik müddətinin 23 il olduğunu və Fatimənin (ə) atasından az sonra dünyasını dəyişdiyini nəzərə alsaq, 28 il yaşadığı məlum olur. Həm sünni, həm də şiə alimlərinin bəziləri Fatimənin (ə) besətdən 1 ya 2 il sonra doğulduğunu yazmışlar, bu hesabla o həzrət 21 ya 22 il ömür sürmüşdür. Əksər şiə mənbələri Həzrət Fatimənin (ə) besətdən 5 il sonra doğulduğunu və vəfat edərkən təxminən 18 yaşında olduğunu yazır.(deyerler.org)
Geri dön