Ana Sayfa > Karusel / Şou-Biznes > Sami Yusif az qonorar aldığı üçün... - Açıqlama

Sami Yusif az qonorar aldığı üçün... - Açıqlama


23-03-2017, 19:38. Yazar: Xeberaz
Sami Yusif az qonorar aldığı üçün... - Açıqlama

Ötən gün dünya şöhrətli müğənni Sami Yusifin Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Saat 19:00-da səhnəyə çıxması gözlənilən müğənni konserti saat yarım gec başlayıb. Onun bu addımı birmənalı qarşılanmayıb. Müğənniyə nəzərdə tutulduğundan az qonorar verildiyi üçün səhnəyə gec çıxdığı haqda xəbərlərin yayılmasına səbəb olub.

Məsələyə konsertin təşkilatçısı, "Vəlizadə Prodakşn"ın ("Velizade Production") rəhbəri Tural Vəlizadə aydınlıq gətirib.

O, Müsavat.com-a açıqlamasında deyib ki, yayılan məlumatlar əsassızdır: “Saminin qonorarı keçən ilin dekabrında ödənilib. Onun səhnəyə qonorara görə gec çıxması barədə məlumatlar şayiədir. Çünki Sami Yusif kimi tanınmış insanlar qonorarını almadan heç zaman biletlərin satışa çıxmasına imkan verməz, konsertdən öncə gəlib məşq etməz, medianın qarşısına çıxmaz. Qonorarını almayıb da, bu işləri görən və alacağı məbləği son günə saxlayan müğənni təşkilatçı kimi gözümdən düşər. Saminin gec səhnəyə çıxması texniki problemlərdən dolayı oldu. Həm də məşqlər gec bitdi. Hazırlaşması zaman aldı. Sami ilə problem yoxdur”.
Geri dön