Ana Sayfa > Karusel / Şou-Biznes > Fərda və Müşviqdən Kənana: "Onu ciddi qəbul etməyin"

Fərda və Müşviqdən Kənana: "Onu ciddi qəbul etməyin"


23-03-2017, 12:21. Yazar: Xeberaz
Fərda və Müşviqdən Kənana:  "Onu ciddi qəbul etməyin"

Aktyorlar Fərda Xudaverdiyev və Müşviq Şahverdiyev "Hər şey daxil" verilişinin qonağı olublar.

Aktyorlar rejissor Kənan M.M.in "Komediya çəkənlər və onu izləyənlər boş insanlardır" sözlərinə münasibət bildiriblər.

M.Şahverdiyev bildirib ki, Kənanın dram janrındakı filmləri tamaşaçı marağına səbəb olmur:

"Kənanda drama tutmadı ona görə əsəbiləşir, özünə qapanır. Kənan ha çəkir, bu işdən qurtarmır. Dostumuzdur, əsəbini şeir yazmaqla çıxardır. Kənan çəkdiyi filmlərlə tamaşaçını inandıra bilmir".

F.Xudaverdiyev isə rejissorun sözləri ilə razılaşmadığını söyləyib:

"Kənan deyibsə, ciddi qəbul etməyin. İstəyir ki, onu ciddiyə alaq, amma olmur. Kənan özü də komediya çəkmişdi, amma alınmadı deyə əsəbiləşib. Ən birinci "Ay brilliant"ı çəkmişdi. Bizdə dram janrında olan filmlərin maraq doğurmamasına səbəb türk seriallarıdır. Tamaşaçı onları izləyir, onlar film kimi çəkilir. Bizim çəkəcəyimiz dram filmi o seriallardan gözəl alınmalıdır".


Geri dön