Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakıda idman zalına kütləvi basqın olub, yaralılar var - YENİLƏNİB - VİDEO

Bakıda idman zalına kütləvi basqın olub, yaralılar var - YENİLƏNİB - VİDEO


22-03-2017, 23:14. Yazar: Xeberaz
Bakıda idman zalına kütləvi basqın olub, yaralılar var - YENİLƏNİB - VİDEO

Bakıda idman zalına kütləvi basqın olub, yaralananlar var.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Marafon" idman zalında baş verib. Dəyənək, balta, "beşbarmaq" və s. soyuq silahlarla silahlanmış bir qrup şəxs məşq zamanı zala hücum edib, məşq keçən idmançılara xəsarət yetirib.

İlkin məlumata görə, insidentə məşqçilər - MMA üzrə dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyev arasında mübahisə səbəb olub. Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla 5 nəfər xəsarət alıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha bir neçə nəfər saxlanılıb.

---------

14:33

MMA üzrə dünya çempionu Əli Nəcəfinin məşq keçdiyi "Marafon" zalına silahlı basqın olunub.

"Xəbəraz.az " goal.az-a istinadən xəbər verir ki, 17 nəfər atletik bədən quruluşuna malik şəxs soyuq silahla zala daxil olub. Qəfil hücum nəticəsində zalda məşq keçən 4 nəfər xəsarət alıb. Onlardan birinin qolu kəsici yara alıb, digərinin almacıq sümüyü sındırılıb. Zalda olan 10 yaşlı uşaq da döyülüb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Əli Nəcəfi peşəkar döyüş sambosu üzrə dünya yarımfinalçısı, qrapplinq üzrə Rusiya, Moskva çempionu və bir sıra turnirlər qalibidir. Peşəkar boksda da sözünü deməyə başlayan həmyerlimizin "Najafi Fight Team" komandası da var.



Geri dön