Ana Sayfa > Karusel / Hadisə > Bərdədə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Bərdədə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB


22-03-2017, 23:10. Yazar: Xeberaz
Bərdədə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Bərdədə ağır yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Küçərli adlanan ərazisində baş verib.

“VAZ 2106” və “Jeep” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan iki nəfər, Bərdə rayon Kətəlpara kənd sakinləri, 1997-ci il təvəllüdlü Kərimov Təbriz Nadir oğlu və 1998-ci il təvəllüdlü Abdullayev Rahib Knyaz oğlü ölüb.

Qəza nəticəsində 4 nəfər yaralanıb. Bunlar Bərdə rayonu Kətəlpara kənd sakini, 1993-cü il təvəllüdlü Yəhyayev Orxan Rəhbər oğlu və Ağdam rayonu, Maqsudlu kənd sakinləri, 2004-cü il təvəllüdlü Rəhimov Fərid Behbud oğlu, 2010-cu il təvəllüdlü Rəhimov Rəmzi Rəşad oğlu və 1973-cü il təvəllüdlü Rəhimov Behbud Sahib oğludur.


Qəzanın səbəbləri araşdırılır.

***

20:21


Bərdədə ağır yol qəzası baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Küçərli adlanan ərazisində baş verib.

İlkin məlumata görə, VAZ 2106 və “Jeep” markalı avtomobillərin toqquşması nəticəsində ölən və yaralananlar var.
Geri dön