Ana Sayfa > Karusel / Hadisə / Qarabağdan xəbər var > Ermənilər işğal altında olan ərazimizdə hərbi təlim keçir

Ermənilər işğal altında olan ərazimizdə hərbi təlim keçir


22-03-2017, 18:43. Yazar: Xeberaz
Ermənilər işğal altında olan ərazimizdə hərbi təlim keçir



Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edilir.
Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir.


Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür.

Geri dön