Ana Sayfa > Karusel / Siyasət > Jirinovskidən təklif: "Stalinin adını qaytaraq"

Jirinovskidən təklif: "Stalinin adını qaytaraq"


22-03-2017, 14:37. Yazar: Xeberaz
Jirinovskidən təklif: "Stalinin adını qaytaraq"

Rusiya Liberal Demokrat Partiyası (RLDP) Volqoqrad şəhərinin Stalinqrad adlandırılmasını növbəti dəfə təklif edib.

Trend-in məlumatına görə, Dövlət Dumasında liberal-demokratlar fraksiyasının mətbuat xidmətinin yaydığı press-relizdə deyilir:

"RLDP-nin sədri Vladimir Jirinovski hesab edir ki, Rusiyada tarix və nəsillərə varislik olmalıdır. Bununla əlaqədar olaraq, o, Volqoqrada əvvəlki adını qaytarmağı - şəhərin Stalinqrad adlandırılmasını, eləcə də Moskva-Stalinqrad sürət qatarının istifadəyə verilməsini təklif edir".

Qeyd edək ki, bundan əvvəl Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov da həmin ideyanı dəstəklədiyini bəyan etmişdi.
Geri dön