Ana Sayfa > Karusel / Hadisə > Salyanda ailə münaqişəsi intiharla nəticələndi

Salyanda ailə münaqişəsi intiharla nəticələndi


22-03-2017, 00:23. Yazar: Xeberaz
Salyanda ailə münaqişəsi intiharla nəticələndi

Salyanda intihar hadisəsi baş verib.
"Xəbəraz.az "Publika.aza istinadən xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.
Həmin küçədə, ev 119 ünvanında yaşayan 38 yaşlı Yadigar Əbülfəz oğlu Ələkbərov ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünə qəsd etmək istəyib. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım alsa da, vəziyyəti ağır olduğundan Salyan Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Lakin xəstə yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Geri dön