Ana Sayfa > Karusel / Hadisə > İki maşın toqquşdu - Sürücülər yaralandı

İki maşın toqquşdu - Sürücülər yaralandı


21-03-2017, 23:46. Yazar: Xeberaz
İki maşın toqquşdu - Sürücülər yaralandı
Axşam saatlarında Şəmkirin Dəllər qəsəbəsində baş vermiş yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

"Xəbəraz.az "ın Report-a istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü yerli sakin Mustafayev Elməddin Anar oğlunun idarə etdiyi "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq "VAZ-2108"ə çırpılıb.

Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən Mustafayevin vəziyyəti orta-ağırdır. Digər sürücünün isə aldığı xəsarət yüngül olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön