Ana Sayfa > Karusel / Hadisə / Dünya > Somalinin paytaxtında törədilən partlayışlar nəticəsində 50 nəfər ölüb - YENİLƏNİB
Somalinin paytaxtında törədilən partlayışlar nəticəsində 50 nəfər ölüb - YENİLƏNİB21-03-2017, 23:33. Yazar: Xeberaz |
Somalinin paytaxtı Moqadişoda törədilən dörd partlayış nəticəsində azı 50 nəfər ölüb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar bir-birinin ardınca prezident sarayı, Milli teatr, Müdafiə nazirliyi və “Daya” hoteli qarşısında baş verib. Hadisə nəticəsində azı 10 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb. “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır. *** 20:09 Somalinin paytaxtı Moqadişoda partlayış baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident prezident sarayının yaxınlığındakı blokpostda qeydə alınıb. Məlumata görə, minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Geri dön |