Ana Sayfa > Karusel / Hadisə / Dünya > ABŞ-dan müsəlman ölkələrinə - Növbəti qadağa

ABŞ-dan müsəlman ölkələrinə - Növbəti qadağa


21-03-2017, 20:59. Yazar: Xeberaz
ABŞ-dan müsəlman ölkələrinə - Növbəti qadağa

ABŞ yenə 10-dan çox müsəlman ölkəsinə qəribə qadağa qoyub.

Məlumata görə, bu dəfə müsəlmanlara uçuş zamanı texnologiyadan istifadə və bəzi texniki vasitələri yanlarında daşımaq qadağan olunub.

Şərq ölkələri və Afrikanın 10-dan çox ölkəsində tətbiq edilən yeni qaydalara görə, onlar ABŞ-a uçuş zamanı "DVD player", planşet və notbukları təyyarənin salonuna keçirə bilməyəcəklər. Sərnişinlər bu cür cihazları baqajda təhvil verməli olacaqlar. ABŞ tərəfi qadağanın təhlükəsizlik məqsədilə tətbiq edildiyi bildirilib.

İlk mərhələdə yeni qaydalar sabahdan Qahirə, Əmman, Küveyt, Kasablanka, Doha, Ər-Riyad, İstanbul, Əbu-Dabi və Dubayda həyata keçirilməyə başlanılacaq.
Geri dön